Bakı-Qazax yolunda avtobus qəzaya uğrayıb, bir nəfər ölüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bakı-Qazax yolunda avtobus qəzaya uğrayıb, bir nəfər ölüb - YENİLƏNİB


Bu gün səhər saat 10:30 radələrində Bakı-Qazax avtomobil yolunun 24-cü kilometrliyində qəza qeydə alınıb.

Bu barədə "Report"a Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 99-JN-189 dövlət qeydiyyat nişanlı “Baku Bus” sərnişindaşıma avtobusu yolun kənarında dayanmış 77-FF-02 Tacikistan dövlət nömrə nişanlı “Volvo” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

12:45

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə qəza baş verib.

"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilir ki, hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

Bakıda avtobus avtomobilə çırpılıb, ölən və yaralananlar var
Bakı-Quba yolunda qəza baş verib, xəsarət alanlar var
Bakı-Quba yolunda qəza baş verib, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Bakı Quba yolunda qəza baş verib, ölən və xəsarət alanlar var
Bakı-Qazax yolunda zəncirvari qəza olub, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər