Saleh Məmmədov Astarada vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Saleh Məmmədov Astarada vətəndaşları qəbul edib


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Astara rayonunda vətəndaşları qəbul edib.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, qəbulda Astara və Lənkəran rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Oxşar xəbərlər

Saleh Məmmədov İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib
Zaur Mikayılov Qaxda vətəndaşları qəbul edib
Saleh Məmmədov Şirvan və Hacıqabul sakinlərini qəbul edib
Saleh Məmmədov İsmayıllıda vətəndaşları qəbul edəcək
Saleh Məmmədov Qəbələdə vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər