Saleh Məmmədov Qəbələdə vətəndaşları qəbul edəcək
sizinxeber.az xəbər saytı

Saleh Məmmədov Qəbələdə vətəndaşları qəbul edəcək


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabrın 25-də Qəbələ rayonunda vətəndaşları qəbul edəcək.

“Report” Agentliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-da Qəbələ rayonu “10 №-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda Qəbələ və Oğuz rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Qəbələ rayonu “10 №-li Yol İstismarı” və Oğuz rayonu “11 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Oxşar xəbərlər

Saleh Məmmədov İsmayıllıda vətəndaşları qəbul edəcək
Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək
Məcnun Məmmədov Zaqatalada vətəndaşları qəbul edəcək
Məcnun Məmmədov Hacıqabulda vətəndaşları qəbul edəcək
Məcnun Məmmədov Şamaxıda vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər