Milli Məclisdə vətəndaşların tikinti şirkətləri tərəfindən aldadılması məsələsi qaldırılıb
Qanun layihəsinə təklif olunan dəyişiklik aktualdır və yaşıl enerjiyə keçidlə bağlı bu istiqamətdə görülən işlər təqdirəlayiqdir. Şəhərsalma və Tikinti Məcəlləsində və digər qanunvericilik aktlarında da bu məsələyə diqqət göstərilsin.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində deputat Bəxtiyar Əliyev deyib.
“Vaxtilə biz Milli Məclisdə müzakirə etdik ki, tikilməkdə olan binalarda mənzil alan şəxslərlə müqavilə bağlanan zaman həmin müqavilələr Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınsın və gələcəkdə vətəndaşları narahat edəcək bir çox problemlər yaşanmasın. Amma çox təəssüflər olsun ki, məsələ bu gün də həllini tapmayıb. Bir çox tikinti şirkəti bu istiqamətdə vətəndaşların çox böyük etimadını qazanıb, əmlakın Dövlət Reyestrində qeydiyyat məsələlərini həll edirlər və mənzillərin 2-3 və daha çox şəxsə satılması və ya sonradan çıxarışların alınmasında heç bir problemlərlə üzləşmirlər. Amma elə şirkətlər də var ki, onların dəfələrlə məhkəmələr olub, cinayət işləri qaldırılıb. Eyni zamanda Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş tikinti layihələrinə tikinti zamanı müəyyən dəyişiklik edirlər ki, bunlar da vətəndaşlar tərəfindən narazılıqla qarşılanır”, - Bəxtiyar Əliyev deyib.
Deputat bildirib ki, əvvəl bağlanmış müqavilələrdə göstərilmiş və Komitə tərəfindən təsdiq edilmiş layihələrlə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsində mənzillər qeydiyyata alınan zaman uyğunsuzluqlar əmələ gəlir.
“Çünki istər Mənzil Məcəlləsində, istər Nazirlər Kabinetinin təsdiq etdiyi normalar var ki, mənzillərin ölçüləri uyğun gəlmir. Çox təəssüf olsun ki, bəzi şirkətlər var ki, mənzil tikintisini qanunazidd olaraq həyata keçirir. Ona görə də çox yaxşı olardı ki, tikintisinə icazə verilmiş çoxmənzilli yaşayış binalarında hər hansısa bir mənzillə bağlı vətəndaşlarla müqavilə imzalanıbsa, bu müqavilələr Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınsın. Bu da imkan verəcək ki, Komitə tərəfindən təsdiq edilmiş layihələrin ölçülərinə, arxitekturaya sonradan heç bir tikinti şirkəti dəyişiklik etməyəcək, vətəndaşların hüquqları qorunacaq”, - deyə Bəxtiyar Əliyev qeyd edib.
Oxşar xəbərlər
Milli Məclisin iclası başlayıb, gündəlikdə 27 məsələ var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin növbəti 3 iclasının tarixi, gündəliyi açıqlanıb, büdcə zərfi müzakirə olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin plenar iclası keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tikinti layihələri üçün müfəssəl planların məcburi tətbiqi müddəti daha 3 il təxirə salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












