Tikinti layihələri üçün müfəssəl planların məcburi tətbiqi müddəti daha 3 il təxirə salınıb
Tikinti layihələri üçün müfəssəl planların məcburi tətbiqi müddəti daha 3 il təxirə salınıb.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklikdə əksini tapıb.
Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Lakin hal-hazıradək bütün yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissəsinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi başa çatmadığı üçün müfəssəl planın məcburi tətbiqi müddətinin uzadılmasına (müvafiq müddəanın tətbiqinin növbəti dəfə təxirə salınmasına) zərurət yaranıb.
Qanuna əsasən, bu müddət 11 ildən 14 ilədək uzadılıb. Sonuncu dəfə həmin müddət 2021-ci ildə 8 ildən 11 ilədək uzadılıb.
Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, müfəssəl planlar şəhərlərin, qəsəbələrin, kəndlərin əraziləri və ya onların ərazi hissələri üçün hazırlanır. Müfəssəl planda şəhərsalma fəaliyyətinin tənzimlənməsi üçün məcburi hüquqi qüvvəyə malik qaydalar təsbit olunur.
Oxşar xəbərlər
DYP: Güclü külək yollarda qəza riskini artırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
NİİM sürücü və sərnişinlərə müraciət edib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabahın hava proqnozu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti uzadılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şamil Ayrım Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












