Rövşən Rüstəmov: Növbəti il Astara terminalının inşası tam yekunlaşacaq
sizinxeber.az xəbər saytı

Rövşən Rüstəmov: Növbəti il Astara terminalının inşası tam yekunlaşacaq


"Şimal-Cənub" layihəsi ilə bağlı bizim Rusiya və İran dəmir yolları ilə görüşlərimiz olub.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib.

"Keçən ay Daşkənddə Rusiya dəmir yolları qurumunun rəhbəri ilə görüşəndə də bu məsələ ətrafında müzakirələr apardıq. Növbəti il yalnız Şimal-Cənub deyil, həm də Cənub-Şimal istiqamətində də yük daşımaları planlaşdırılıb. Gələn həftə İran dəmir yollarının rəhbəri ilə görüşümüz gözlənilir. Ötən ay İranda olarkən qəbul etdiyimiz fəaliyyət planına uyğun olaraq, Astara terminalında işlərin yekunlaşdırılması üzərində çalışırıq. Fəaliyyət planına görə, gələn il artıq Astara terminalı tam yekunlaşacaq və bu istiqamətdə bizim yükaşırma qabiliyyətimiz 4 milyon tona çatmış olacaq", - deyə o bildirib.

Oxşar xəbərlər

ADY sədri: Çindən gələn blok qatarlarının sayı gələn il 3 dəfə artacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan İranla Ağbənd-Salam-Məlik dəmir yolu xətti üzrə ən uyğun marşrut xəttini razılaşdırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY: Şimal-Cənub Dəhlizi çərçivəsində dəmir yolu ilə tranzit yükdaşımaları 25% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər