Bu gündən avtomobillərin COP29 zolaqlarından istifadəsinə qoyulan qadağa qüvvəyə minib
sizinxeber.az xəbər saytı

Bu gündən avtomobillərin COP29 zolaqlarından istifadəsinə qoyulan qadağa qüvvəyə minib


Bakının bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından minik avtomobillərinin istifadəsinə qoyulan qadağa qüvvəyə minib.

“Sizinxeber.az” xəbər verir ki, bu gündən (1 noyabr – Qeyd) 26 küçə və prospektdə – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və ​Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır.

Hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələri tövsiyə olunur.

COP29 zolaqlarına daxil olan sürücülər 100 manat cərimə ediləcək, eləcə də onlara 3 bal yazılacaq.

Oxşar xəbərlər

Sabahdan Bakıdakı COP29 zolaqlarında minik avtomobili ilə hərəkət dayandırılır - YENİLƏNİB
Bakıda COP29 zolaqlarına daxil olmaq qadağan edilir
Sabahdan Bakıda COP29 zolaqlarına daxil olmaq qadağan edilir
Bakıda COP29 zolaqlarında hərəkətə icazə verilən küçələr açıqlanıb - SİYAHI
Paytaxtda avtomobillərin avtobus zolaqlarında hərəkətinə icazə verilən küçələr açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər