Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şirvanda vətəndaşları qəbul edib
Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Şirvanda Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edib.
Bu barədə "Sizinxeber.az"a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, qəbulda 13 vətəndaş iştirak edib. Onlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı, torpağın təyinatının dəyişdirilməsi və digər məsələlər barədə müraciət ediblər.
Qəbul zamanı qaldırılan bəzi məsələlər həllini tapıb, araşdırılması tələb olunan müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub.
Oxşar xəbərlər
Kasko sığorta hansı hallarda dəymiş zərəri qarşılamır? - ARAŞDIRMA + VİDEO
Ev alanlardan gəlir sənədi tələb olunur? - Açıqlama
Şahin Bağırov Masallıda vətəndaşları qəbul edib
Baş nazir: “Slovakiya Rusiyanın daşınmaz əmlakını dondurmaq niyyətində deyil”
Nazir və komitə sədrlərinin qəbuluna düşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Cədvəl açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













