Ev alanlardan gəlir sənədi tələb olunur? - Açıqlama
Son günlər bəzi KİV orqanları və sosial media hesablarında əmlak alqı-satqısı zamanı 20 min manatdan yuxarı əməliyyatlar üçün notariat kontorları tərəfindən deklarasiyanın tələb olunmasına dair məlumatlar yayılır və bu məlumatlar geniş müzakirə olunur.
Axar.az xəbər verir ki, bu sözləri Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
O bildirib ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi” ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində dövlət qurumları öz fəaliyyət proqramlarında bu məsələni prioritet olaraq qəbul edir və mübarizə üsullarını ölkə qanunvericiliyinin imkan verdiyi formada həyata keçirməyə çalışır:
“Apardığımız monitorinq və söhbətlərdən məlum olur ki, notariat kontorlarına mübarizə proqramı çərçivəsində diqqətli olmaq və müxtəlif anket məlumatları əsasında dövriyyədə olan pul vəsaitlərinin mənbəyinə dair məlumatların toplanmasında vətəndaşlarla birgə fəal iştirak etmək tövsiyə olunub. Bu zaman sadəcə anket məlumatı formasında pulun haradan əldə olunması soruşula bilər ki, bu rəsmi sənəd, deklarasiya formasında deyil. Bu baxımdan notariat kontorlarında daşınmaz əmlaklarla bağlı əməliyyatların aparılmasında gecikmə halları nəzərə alınmır və narahatlıq üçün əsas yoxdur”.
Oxşar xəbərlər
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Milli Məclisin iclası başladı
MMX ötən il 29 monitorinq subyektini və 44 yeni məsul şəxsi qeydiyyata alıb
Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət qaydalarında dəyişiklik edilib
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 8 məsələ var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













