Latviya səfiri: “Azərbaycan Qarabağ regionunu daha da gözəlləşdirəcək”
Azərbaycan Qarabağ regionunu daha da gözəlləşdirəcək.
"Sizinxeber.az" xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuja Bakıda keçirilən "Yaşıl texnologiya və dayanıqlı inkişaf" mövzusunda "B2B Forum"da bildirib.
“Bu gün biz Azərbaycanın suverenliyini bir daha təsdiq edə bilərik. Ölkənizi təbrik edərək ona Qarabağın bərpasında uğurlar arzu edirik. Azərbaycanın bu regionu daha da gözəlləşdirəcəyinə əminliyimi ifadə etmək istəyirəm. Bu, bizim ikitərəfli münasibətlərimizdə həm siyasi dialoq, həm iqtisadi əməkdaşlıq, həm də mədəni mübadilə üçün yeni mərhələdir”, - deyə o qeyd edib.
Bundan başqa, səfir ikitərəfli münasibətlər barədə danışıb, ölkəsinin Azərbaycanla çox gözəl və mehriban münasibətlərə malik olduğunu deyib. O, əlavə edib ki, Latviya prezidentinin Azərbaycan səfərini səbirsizliklə gözləyirlər: “Eyni zamanda, Azərbaycan Prezidentinin də ölkəmizə səfərini planlaşdırırıq. Çünki qarşılıqlı münasibətlərin inkişafı üçün bu səfərlərin çox böyük əhəmiyyəti var".
Oxşar xəbərlər
Səfir: Özbəkistan Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməyə çalışır
Pakistanın yeni səfiri: Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə çalışacağıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
ASCO-nun "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb
