AYNA: Taksilərin avtobus zolağına daxil olması məsələsinə baxılır
Bakıda taksi fəaliyyəti ilə bağlı digər problemləri həll edəndən sonra taksilərin avtobus zolaqlarına daxil olmasına icazə verilməsi məsələsi ciddi müzakirə edilə bilər.
Bunu “Sizinxeber.az-Economics”ə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
“Zolaqdan taksi istifadə etsə, bu, taksinin sayının artırılmasına gətirib çıxaracaq. Biz bunu bu mərhələdə istəmirik. Digər tərəfdən, zolaqdan taksinin istifadə etməsi onun ictimai nəqliyyat kimi fəaliyyət göstərməsinə imkan yaradır. Bu o deməkdir ki, əgər kimsə, taksiylə zolaqla gedəcəksə, yolda ən azı üç avtomobil azalacaq. Əgər beş ay bundan qabaq ümumiyyətlə bu məsələ haqda söhbət gedə bilmirdisə, indi bu sual artıq qalxmağa başlayır. Biz bu məsələyə baxmağa başlayırıq. Taksilərin avtobus zolaqlarında istifadəsinə icazə verilməsi mərkəzə daxil olan maşınların sayını azalda bilər. Amma bunun üçün taksinin göstərdiyi xidmətə inamımız tam olmalıdır. Hələ ki bu inam tam deyil. Bunun tam olması üçün bir az vaxt lazımdır”, - Anar Rzayev bildirib.
Oxşar xəbərlər
Anar Rzayev: Məqsədimiz Bakının mərkəzində fərdi nəqliyyat vasitələrinin sayını azaltmaqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zərifə Əliyeva küçəsində yeni avtobus zolağı çəkiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda avtobus və velosiped zolağına daxil olanlar 100 manat cərimə ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Anar Rzayev: "Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












