Orta Dəhliz ölkələri arasında daha sıx koordinasiyanın yaradılması təklif edilir
sizinxeber.az xəbər saytı

Orta Dəhliz ölkələri arasında daha sıx koordinasiyanın yaradılması təklif edilir


Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə bağlı əsas məsələlərdən biri investorlar və dəhliz boy yerləşən ölkələr arasında daha sıx koordinasiyanın yaradılmasıdır.

“Sizinxeber.az” xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz TicarətLimanı" QSC-nin Baş direktoru Taleh Ziyadov ABŞ-ın Nyu-York şəhərində Xəzər Siyasət Mərkəzi ("Caspian Policy Center") Və Xəzəryanı ölkələrin səfirliklərinin təşkilatçılığı ilə keçirilən 5-ci Xəzər Biznes Forumunda bildirib.

"Bölgənin əhəmiyyəti artır, lakin bununla bağlı rəqabətin də artacağı gözlənilir", - deyə o qeyd edib.

Liman rəhbəri Orta Dəhlizin davamlı olması üçün “Yaşıl Dəhliz” prinsiplərinin tətbiqinin əhəmiyyətinə toxunub və regionun ilk Yaşıl Limanı olan Bakı Limanının bu sahədə böyük inkişaf yolu qət etdiyini qeyd edib.

"Caspian Policy Center"in prezidenti Efqan Nifti isə Orta Dəhliz kimi layihələr vasitəsilə regionda nəqliyyat əlaqələrinin artan əhəmiyyətini, eləcə də Xəzər regionunun karbohidrogen və bərpa olunan enerji mənbələri ilə dünyanı enerji lə təmin etmək qabiliyyətini vurğulayıb.

Forum müddətində iştirakçılar müxtəlif panel sessiyalar üzrə Xəzər regionunda eneji istehsalı, onun nəqli və bu ərazinin beynəlxalq logistikada oynadığı mühüm rol və digər bu kimi məsələlər bağlı fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum” işə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Albayrak" "Orta Dəhliz"in buraxılış gücünü artırmaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"CFR Marfă": "Orta Dəhliz" bütün tərəflərə imkanlar, fürsətlər yaradır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Orta Dəhlizlə yükdaşımalar 62 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Albayrak" Orta Dəhlizin buraxılış gücünü artırmaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər