Ağdamda 4-cü və 5-ci yaşayış kompleksləri 26 ha ərazidə salınacaq
sizinxeber.az xəbər saytı

Ağdamda 4-cü və 5-ci yaşayış kompleksləri 26 ha ərazidə salınacaq


Ağdama təşkil olunan media-tur çərçivəsində KİV nümayəndələri Prezident İlham Əliyevin dekabrın 24-də Ağdama səfəri zamanı təməli qoyulan 4-cü və 5-ci yaşayış kompleksinin ərazisində olublar.

Sizinxeber.az-nın Qarabağ bürosu xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, 4-cü yaşayış kompleksi 14 hektara yaxın ərazidə salınacaq: "Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumi sahəsi 137 min kvadratmetr təşkil edən 1080 mənzil olacaq. Kompleksdə 36 birotaqlı, 363 ikiotaqlı, 484 üçotaqlı, 197 dördotaqlı mənzil olacaq. Bundan əlavə, ərazisinin böyük bir hissəsini yaşıllıq zonası təşkil edəcək 5-ci yaşayış kompleksi 12 hektar ərazidə salınacaq. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumilikdə 1115 mənzil olacaq. Mənzillərdən 25-i 1 otaqlı, 314-ü 2 otaqlı, 552-si 3 otaqlı, 224-ü 4 otaqlı olacaq".

Xüsusi nümayəndənin müavini onu da qeyd edib ki, yaşayış komplekslərində idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulub. "Bütün binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə ediləcək".

Oxşar xəbərlər

Ağdamda 5 hektarlıq mərkəzi park salınacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməli qoyulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam şəhərində beşinci yaşayış kompleksinin təməli qoyulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Ağdamın Qiyaslı kəndinin təməlini qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər