ADY: Bakı-Pirşağı-Sumqayıt istiqamətində qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

ADY: Bakı-Pirşağı-Sumqayıt istiqamətində qatarların hərəkəti bərpa olunub - YENİLƏNİB


Bakı-Pirşağı-Sumqayıt istiqamətində elektrik enerjisinin verilməsi bərpa olunub.

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Dəmir yolu xətti istiqamətində saat 19:00 radələrində elektrik enerjisi sahəsində yaranmış texniki nasazlıq saat 21:00-da aradan qaldırılıb və qatarların hərəkəti bərpa edilib.

20:45

Bakı-Pirşağı-Sumqayıt reysinin sərnişinləri əks istiqamətdə hərəkət edən qatarla mənzilbaşına çatdırılacaq.

Bu barədə "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Eyni zamanda elektrik enerjisinin verilməsi istiqamətində təmir-bərpa işləri davam etdirilir.

Qeyd edək ki, bu gün Bakı-Pirşağı istiqamətində saat 18:30-da, 18:45-də və 18:10-da yola düşən sərnişin qatarları Zabrat- Pirşağı mənzilində və Məmmədli platformasında elektrik təchizatı sahəsində yaranmış texniki nasazlığa görə hərəkət qrafikindən çıxıb.

Elektrik təchizatının verilməsində yaranmış texniki nasazlığa görə Bakı-Pirşağı istiqamətində hərəkət edən qatarların qrafikində yubanma halları qeyd alınıb.

19:48

Bu gün saat 18:45-də Bakı Dəmiryolu vağzalından çıxan Bakı-Pirşağı-Sumqayıt qatarı yolda qalıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisəyə səbəb elektrik enerjisi kəsintisidir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova faktı “Report”a təsdiq edib.

Onun sözlərinə görə, elektrik enerjisi kəsintisi səbəbindən qatar Zabrat-Pirşağı mənzilində qalıb: “Hazırda aidiyyatı qurumun və ADY-nin əməkdaşları ərazidədir. Qısa zamanda elektrik enerjisi verilişi bərpa ediləcək”.

Oxşar xəbərlər

Sumqayıt-Bakı qatarında gecikmə qeydə alınıb
Qərb bölgəsində küləkli hava ciddi fəsadlar törədib
Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını minimuma endirib
ADY Yeni il tətilində regionlara əlavə reyslər təyin edir
Bakıda bu yollardan biri beş gün bağlı olacaq - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər