ADY Yeni il tətilində regionlara əlavə reyslər təyin edir
sizinxeber.az xəbər saytı

ADY Yeni il tətilində regionlara əlavə reyslər təyin edir


"Azərbaycan Dəmir Yolları" QSC ( ADY) Yeni il tətilində regionlara əlavə reyslər təyin edir.

"Sizinxeber.az"un ADY-yə istinadən verdiyi məlumata görə, əlavə edilən reyslər Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edilən qatarlara aiddir.

-Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatar 31 dekabr, 1, 2, 5 və 6 yanvar tarixlərində Bakı Dəmiryol Vağzalından saat 07:50-də, Ağstafadan isə saat 16:30-da yola düşəcək. Bununla yanaşı, qatarlar ənənəvi qrafiklə də hərəkət edəcək. Əlavə tələbat yaranarsa, bu istiqamətdə yeni reyslərin təyin edilməsi planlaşdırılır.

Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 30 dekabr - 6 yanvar tarixlərində qatar hər gün Bakı Dəmiryol Vağzalından Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.

Oxşar xəbərlər

İraq aviaşirkəti Bakı hava limanına uçuşlara başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Bakı Kristal Zalı” bu nazirliyin tabeliyinə verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azarkeşlərin Xankəndiyə aparılacağı vaxt dəqiqləşdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: “Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir polkovniki birinci müavin təyin etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər