Bakı və Daşkənd yeni layihələrin birgə həyata keçirilməsi barədə razılığa gəlib
sizinxeber.az xəbər saytı

Bakı və Daşkənd yeni layihələrin birgə həyata keçirilməsi barədə razılığa gəlib


III Azərbaycan-Özbəkistan Regionlararası Forumu gələn il Özbəkistanda keçiriləcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

“Bu gün biznes nümayəndələri ilə ilk dəfə ayrıca görüş keçirəcəyik. Biz birlikdə mehmanxana, tekstil klasterləri, tikiş fabriki, tikinti materialları və s. müəssisələrin tikintisi və s. kimi mühüm layihələrə start verəcəyik”, - Ş.Mirziyoyev bildirib.

O qeyd edib ki, bu cür layihələrin təşviqi üçün 500 milyon ABŞ dolları məbləğində kapitala malik Azərbaycan-Özbəkistan birgə investisiya şirkəti uğurla fəaliyyət göstərir.

“Biz üçüncü ölkələrdə perspektivli layihələrdə iştirak məsələsi üzərində işləmək barədə razılığa gəldik. Biz həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (TBNM) də inkişaf etdirməklə, nəqliyyat əlaqələrini gücləndirmək üçün birgə səyləri davam etdirəcəyik”, – Özbəkistan lideri əlavə edib.

O qeyd edib ki, tərəflər regionlararası əlaqələrin potensialından maksimum istifadə etmək niyyətindədirlər.

“May ayında Quba şəhərində regionlararası forum uğurla keçirilib. Biz regionlararası əməkdaşlıq üçün Yol Xəritəsinin qəbul edilməsi, növbəti forumun gələn il Kağan şəhərində keçirilməsi, paytaxtlarda turizm kompleksinin yaradılmasına qərar vermişik”, - Ş.Mirziyoyev vurğulayıb.

Oxşar xəbərlər

Mirziyoyev: Bakı ilə Daşkənd arasında ticarətin həcmini iki dəfə artırmaq üçün bütün əsaslar var
Bakı və Daşkənd əməkdaşlıq üçün 20 istiqamət müəyyən edib
İlham Əliyev Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun kapitalının artırılmasının zəruriliyini bildirib
Mirziyoyev: Bakı və Daşkənd qarşısında sənaye əməkdaşlığının yeni mərhələsinə keçmək vəzifəsi durur
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle