Nazirlik: Son 4 ildə Sabunçuda qrunt sularının təmizlənməsi tədbiri üzrə büdcə xərcləri tam icra olunmayıb
sizinxeber.az xəbər saytı

Nazirlik: Son 4 ildə Sabunçuda qrunt sularının təmizlənməsi tədbiri üzrə büdcə xərcləri tam icra olunmayıb


2021-2024-cü illərdə “Bakı şəhərinin Sabunçu rayonunda qrunt sularının təmizlənməsi” tədbiri üzrə büdcə xərcləri proqnozla müqayisədə az icra edilib.

Bu barədə “Sizinxeber.az-Economics”ə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, sözügedən tədbirlə əlaqədar ayrılan büdcə vəsaitinin 2021-ci ildə 88.7%-i, 2022-ci ildə 86.1%-i, 2023-cü ildə 55.8%-i, ötən il isə 86.1%-i istifadəsiz qalıb.

Qeyd edilib ki, təqdim olunan izahata əsasən vəsaitdən aşağı istifadə qrunt sularının səviyyəsinin artmaması və bununla bağlı xərc artımına ehtiyac yaranmaması ilə əlaqəli olub.

Təqdim edilən izahedici məlumatlarda sözügedən tədbirlər üzrə vəsaitin proqnozdan daha az istifadə olunmasının səbəbləri kimi, ştatların optimallaşdırılması, satınalma prosedurlarının baş tutmaması, müqavilə dəyərinin ehtimal olunandan aşağı olması, strukturun təkmilləşdirilməsi tədbirləri, iki balıqartırma zavodunun ləğvi və s. səbəblər qeyd edilib

Oxşar xəbərlər

Ötən il büdcə vəsaitin 6.6 mlrd. manatdan çoxu dekabrda xərclənib
Dövlət Büdcəsinin 2025-ci il üzrə proqnozlaşdırılan gəlirləri və xərcləri açıqlanıb
Alimlər bəşəriyyətin qrunt suları ehtiyatlarının tükənməsi riski barədə xəbərdarlıq ediblər
2024-cü il dövlət büdcəsinin xərclərinin icra vəziyyəti açıqlanıb
Təhsil İnstitutunda yeni təyinatlar olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle