Bakıda 7 avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib
Bakıda aparılan təmir işləri ilə əlaqədar 7 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində Nazim Hikmət küçəsindən İsfəndiyar Zulalov küçəsinədək, eləcə də Səməd Vurğun küçəsində Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək 9-11 may tarixlərində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Məhdudiyyət səbəbindən 39, 77, 96, 165 və 205 nömrəli marşrut avtobusları alternativ olaraq Nazim Hikmət küçəsi və Mətbuat prospekti ilə hərəkət edir.
61 və 88A nömrəli marşrut avtobusları isə müvəqqəti olaraq Azadlıq prospekti istiqamətinə yönləndirilib.
Oxşar xəbərlər
Bəzi müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
Bakının iki mərkəzi küçəsində təmirlə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
