Xızının Fındığan kəndi içməli su ilə təmin olunub
Ulu Öndər Heydər Əliyevin ildönümü münasibətilə daha bir kənd içməli su ilə təmin olunub.
Bu barədə "Sizinxeber.az-Economics"ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Belə ki, Xızı rayonunun Fındığan kəndi fasiləsiz içməli su ilə təmin olunub.
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Xızı rayonunun Fındığan kəndində içməli su layihəsi icra olunub və layihənin başa çatması münasibətilə açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, ADSEA-nın tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Layihə çərçivəsində Xızı rayonu, Fındığan kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə mövcud su anbarı təmir olunub, kənddaxili şəbəkə yenidən qurulub və 4,4 km uzunluğunda yeni su xətti çəkilib. Bununla yanaşı, siyirtmələr otağı və gözətçi məntəqəsinin binası əsaslı təmir olunub. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədilə abonentlər üçün ümumilikdə 87 su sayğacı quraşdırılıb.
Fındığan kəndinin 542 nəfərlik əhalisinin gündəlik suya olan tələbatını yeni yaradılmış su təchizatı şəbəkəsi ilə tam qarşılamaq mümkün olacaq.
Qeyd edək ki, Xızı rayonu üzrə 11 yaşayış məntəqəsində 2132 abonentə su təchizatı xidməti göstərilir.
Həmçinin, 2026–2027-ci illərdə Şorabad kəndinin su təchizatı sisteminin yenidən qurulması üçün layihə və tikinti işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, 2026-cı ildə Xızı şəhəri və Altıağac qəsəbəsində təmir-bərpa işlərinin aparılması planlaşdırılır.
Kənd sakinləri layihənin məhz Heydər Əliyevin 103-cü ildönümündə istifadəyə verilməsini xüsusi əhəmiyyətli hadisə kimi dəyərləndiriblər.
Oxşar xəbərlər
Dövlət Su Ehtiyatları Agentliyi 2025-ci ilin vəzifələrinə dair müşavirə keçirib
ADSEA: Ağdam rayonunda əkin sahələri fasiləsiz olaraq suvarılır - FOTO
Xaçmaz və Xudat şəhərlərində əhali içməli su ilə təmin olunur
Xaçmaz və Xudatda əhalinin içməli su ilə fasiləsiz təminatı üçün tədbirlər görülür
Ağsuda 21 248 nəfər içməli su ilə təmin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
