Memar: Hündür və sıx tikililər şəhərlərdə "beton istilik effekti" yaradır
Hündür və sıx tikililər hava axınlarını kəsir, şəhərlərdə "beton istilik effekti" yaradır və mikroiqlim balansını pozur.
"Report" xəbər verir ki, bunu Bərpaçı-memar Ədalət Məmmədov Dövlət Ekoloji Ekspertiza Agentliyində "Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativlər və məhdudiyyətlər" mövzusunda ictimai dinləmə zamanı deyib.
O bildirib ki, qədim şəhərsalma ənənələrində "roza vetrov" prinsipi xüsusi həssaslıqla nəzərə alınıb:
"Yəni müəyyən ərazidə küləklərin hansı istiqamətlərdən və hansı intensivliklə əsdiyini göstərən sxem və ya diaqramdır. Azərbaycan dilində buna "küləklər qrafiki" və ya "külək istiqamətləri diaqramı" da deyilir.
Bu anlayış şəhərsalma və bina layihələndirilməsində çox vacib hesab olunur. Memarlar və urbanistlər binanın yerləşdirilməsi, pəncərələrin istiqaməti, həyətlərin planlanması və havalandırma sistemlərini məhz küləyin davranışına uyğun layihələndirirlər".
Onun sözlərinə görə, İçərişəhər bunun ən uğurlu nümunələrindən biridir:
"Belə ki, küçələr və keçidlər elə istiqamətdə salınıb ki, yay aylarında dənizdən gələn meh şəhər daxilində təbii hava dövranı yaradır. Memar qeyd edib ki, Xəzərdən gələn duzlu və təmiz hava küçələri daim havalandırır, bu isə tarixən gigiyenik və sanitar baxımdan müsbət mühit formalaşdırıb".
Onun fikrincə, məhz bu memarlıq yanaşması sayəsində İçərişəhərdə ağır epidemioloji problemlər demək olar ki, müşahidə olunmayıb.
O qeyd edib ki, eyni zamanda, küçələrin dar və xüsusi bucaq altında planlaşdırılması qış aylarında sərt Xəzri küləyinin birbaşa təsirini zəiflədib. Nəticədə, ərazi nə yayda həddindən artıq isti, nə də qışda çox sərt iqlim hiss etdirir.
Bərpaçı memar vurğulayıb ki, qədim memarlıqda təbiətlə uyğunlaşma əsas prinsip idi, lakin müasir tikinti layihələrinin bir çoxunda bu amillər kifayət qədər nəzərə alınmır.
Ədalət Məmmədovun fikrincə, gələcəyin şəhərsalması üçün ənənəvi memarlıq təcrübəsinə yenidən qayıtmaq vacibdir.
MƏLUMAT YENİLƏNİR
Oxşar xəbərlər
WUF13 öncəsi "Bakı şəhərsalma həftəsi" təşkil ediləcək
Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
“Azəristiliktəchizat”: "Bakıda “Xruşovka” tipli binalarda istilik sisteminin bərpası texniki cəhətdən çətindir"
Umayra Tağıyeva: Son 25 ildə Bakıda istilik dalğaları 14 dəfə artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
