Cəlilabadda Sərhədabad-Məşədivəlli yolunun təmiri ilə bağlı təkliflər hazırlanıb
sizinxeber.az xəbər saytı

Cəlilabadda Sərhədabad-Məşədivəlli yolunun təmiri ilə bağlı təkliflər hazırlanıb


Cəlilabad rayonunda Sərhədabad–Məşədivəlli kəndlərini birləşdirən avtomobil yolu yararsız vəziyyətə düşüb.

Bu barədə "Sizinxeber.az"un Muğan bürosuna adıçəkilən kəndlərin sakinləri məlumat verib.

Onların sözlərinə görə, təxminən 4 kilometrlik yolun yararsız vəziyyətə düşməsi kənd sakinlərinin gündəlik həyatını çətinləşdirir. Sakinlər deyiblər ki, yol payız-qış aylarında palçığa, yayda toz-torpağa bürünür, əmələ gələn çalalar isə həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətində problem yaradır. Bu durumdan daha çox əziyyət çəkənlər isə məktəblilərdir. Məşədivəlli kəndində yaşayan və Sərhədabadda yerləşən məktəbə piyada gedən şagirdlər qeyd olunan çətinlikləri hər gün yaşamaq məcburiyyətində qalırlar.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli "Sizinxeber.az"un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, Sərhədabad-Məşədivəlli kəndlərinə gedən avtomobil yolunun əsaslı təmiri işlərinin 2026-2029-cu illərin Dövlət İnvestisiya Proqramı çərçivəsində həyata keçiriləcək layihələrin siyahısına daxil edilməsi barədə təkliflər aidiyyəti orqanlara təqdim olunub. Proqram əsasında ayrılacaq maliyyə vəsaitindən asılı olaraq sözügedən avtomobil yolunun təmiri məsələsinə baxılacaq.

Oxşar xəbərlər

Cəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM
Cəlilabadda yol təmirinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM
Cəlilabadın 19 yaşayış məntəqəsində qaz təchizatında fasilə olacaq 
AAYDA mütəxəssisləri Qubada qəzalı vəziyyətə düşən körpüyə baxış keçirəcək - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər