Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı işçi qrupunun iclası keçirilib
Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı yaradılmış işçi qrupunun növbəti onlayn iclası keçirilib.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
İclasda çıxış edən işçi qrupunun rəhbəri Rafiq Aslanov kanalın 1958-ci ildə istifadəyə verildiyini, 172,4 km uzunluğa və 113 m³/san normal su sərfinə malik olduğunu qeyd edib. Bildirilib ki, Mingəçevir su anbarından başlanğıcını götürən kanal 1 şəhər və 8 rayonun 115 min hektara yaxın əkin sahəsinin suvarılmasında və yaşayış məntəqələrinin içməli su ilə təminatında mühüm rol oynayır. Yay aylarında Araz çayında su çatışmazlığının aradan qaldırılması üçün kanal vasitəsilə suyun Bəhramtəpə hidroqovşağına ötürüldüyü və bu yolla əlavə 5 rayonun da su təminatının yaxşılaşdırıldığı vurğulanıb.
Qeyd olunub ki, kanalın torpaq məcralı olması səbəbindən sızmalar torpaqlarda şorlaşma yaradıb, məhsuldarlığı azaldıb və bu səbəbdən sonradan kollektor-drenaj şəbəkəsi inşa olunub.
İclasda layihənin texniki-iqtisadi göstəriciləri üzrə alternativlər təqdim edilib, iştirakçıların təklifləri dinlənilib və texniki-iqtisadi əsaslandırmanın daha dolğun hazırlanması qərara alınıb. Layihə, Prezidentin 15 aprel 2024-cü il tarixli sərəncamına əsasən həyata keçirilir.
Oxşar xəbərlər
Şirvan kanalının tikintisi üzrə işçi qrupun növbəti iclası keçirilib
“Boztəpə” suvarma kanalı yenidən qurulur
Şirvan suvarma kanalı yarılıb
"Türyançay"ın Sol Sahil kanalı yenidən qurulur - FOTO
İslam İnkişaf Bankı Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti ayırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












