ABADA: BYD kitabçalarından istifadə edən daşıyıcıların sayı 30 % artıb
Son dövrlərdə Çindən daşınan yüklərin həcminin artması nəticəsində BYD (TIR-Carnet) kitabçalarından istifadə edən daşıyıcıların sayı 30 % artıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş katibi Kənan Qurbanov deyib.
Onun sözlərinə görə, iyul ayında isə BYD kitabçalarından istifadə edən daşıyıcıların sayı 2 dəfə artıb: “Buna səbəb Gürcüstan tərəfində müşahidə edilən tıxacdır. Bu kitabça beynəlxalq yükdaşımalarda istifadə olunan beynəlxalq gömrük sənədidir. Yük maşınının bir neçə ölkədən gömrük sərhədlərini keçməsinə imkan verir".
O qeyd edib ki, ABADA 30 ildən artıqdır ki, fəaliyyət göstərir: “Assosiasiyanın əsas prioritet istiqamətlərindən biri beynəlxalq avtomobil daşımalarının inkişafına dəstək verilməsi, “Carnet-TIR” Gömrük Konvensiyasının şərtlərinin Azərbaycanda yerinə yetirilməsinin təmin edilməsi, beynəlxalq avtomobil nəqliyyatı vasitəsilə yüklərin daşınmasının və maneəsiz hərəkətinin təmin olunması üçün müvafiq yardımın göstərilməsidir. Cari ilin 6 ayı ərzində assosiasiya öz üzvlərinə yardım məqsədilə müxtəlif xarici ölkələrdə baş verən hallarla bağlı hər cür dəstək göstərmiş, eyni zamanda xarici ölkələrdə fiziki şəxslərə yardım edib. Bu dövrdə xaricdə baş verən hallarla bağlı üzv daşıyıcılara göstərilən yardım 10 %-ə qədər artıb, hazırda 174 hüquqi və fiziki şəxs üzv kimi fəaliyyət göstərir".
Oxşar xəbərlər
AYNA: “Qırmızı Körpü” gömrük postunda 687 avtomobil gözləyir"
AYNA: "Qırmızı Körpü” gömrük postunda 450 avtomobil gözləyir"
AYNA: "Qırmızı Körpü” gömrük postunda 500 avtomobil gözləyir"
Azərbaycan daşıyıcılarının 3-cü ölkələrdən əldə etdiyi gəlir açıqlanıb
AYNA: "Astara” gömrük postunda 80-dən çox avtomobil gözləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












