Dövlət Su Ehtiyatları Agentliyinin sədri Şirvanda vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Şirvanda vətəndaşları qəbul edib


Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin inzibati binasında Şirvan, Hacıqabul və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

"Sizinxeber.az" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, sədr qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Oxşar xəbərlər

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şirvanda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məcnun Məmmədov Bərdədə vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaur Mikayılov: "Yerüstü su ehtiyatlarının 70 %-i qonşu ölkələrdən daxil olur" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahin Bağırov Masallıda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər