Məcnun Məmmədov Bərdədə vətəndaşları qəbul edib
Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Ağdam, Ağsu, Beyləqan, Bərdə, Füzuli, Goranboy, Saatlı, Sabirabad, Şəki, Tərtər, Ucar, Zərdab və digər rayonlardan, eləcə də Bakı və Sumqayıt şəhərlərindən olan vətəndaşları qəbul edib,
Bu barədə “Sizinxeber.az”a nazirlikdən bildirilib.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, dəymiş ziyanın ödənilməsi, texnika ilə təminat, torpaq sahəsi ayrılması və digər məsələlərlə bağlı olub. Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi, qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
DAİM-in binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib.
Oxşar xəbərlər
Nazir və komitə sədrlərinin qəbuluna düşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Cədvəl açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şirvanda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahin Bağırov Masallıda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbulu CƏDVƏLİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclis Binəqədi və Abşeronun bəzi ərazilərinin Sumqayıta verilməsinə dair layihəni təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












