Azərbaycan Çin ilə beynəlxalq multimodal daşımalar haqqında sazişi təsdiqləyib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.
"Sizinxeber.az" xəbər verir ki, Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Azərbaycanın Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
Qeyd edək ki, Saziş cari il aprelin 23-də Pekində Prezident İlham Əliyevin və Sədr Si Cinpinin iştirakı ilə keçirilən Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Çinin nəqliyyat naziri Liu Vey tərəfindən imzalanıb.
Oxşar xəbərlər
Azərbaycanla Özbəkistan arasında iki Saziş təsdiqlənib
Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” dəhlizinə dair saziş təsdiqlənib
Azərbaycanla Türkiyə arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
