Bakının Nardaran qəsəbəsində qaz kəsiləcək
sizinxeber.az xəbər saytı

Bakının Nardaran qəsəbəsində qaz kəsiləcək


Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, rayonun Nardaran qəsəbəsində qaz xətlərinin hava kompressor vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə mayın 21-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Abşeron, Piryolu, İstiqlaliyət küçələri və Yeni sahə, Bağlar yaşayış sahələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər

Nardaranın bir hissəsində qaz olmayacaq
Bakının 3 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq
Sabah Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq
Sabunçunun bəzi ərazilərində qaz olmayacaq
Sabah Bakının iki rayonunun qazla təchizatında fasilə yaranacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle