“Azərenerji” və TEİAŞ arasında Əməliyyat Müqaviləsi imzalanıb
Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixrac imkanlarını artırmaq məqsədilə “Azərenerji” ASC ilə Türkiyənin Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) arasında Əməliyyat Müqaviləsi imzalanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə birgə strateji əhəmiyyətli enerji təhlükəsizliyi layihələri üzrə əməkdaşlığı dəyərləndirib.
O qeyd edib ki, Cənub Qaz Dəhlizi, Naxçıvan-Türkiyə Enerji Transmissiyası və Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
Oxşar xəbərlər
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan "yaşıl enerji dəhlizi" layihəsinə dair Memorandumun mətnini razılaşdırıblar
Azərbaycan Türkiyəyə “yaşıl enerji” tədarükünü müzakirə edib - YENİLƏNİB
Azərbaycan Türkiyəyə “yaşıl enerji” tədarükünü müzakirə edib
Naxçıvanla Türkiyə arasında elektrik enerjisi mübadiləsi olacaq
Azərbaycan və ABŞ Avropaya qaz tədarükü imkanlarını müzakirə edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














