Çin şirkəti “Azərişıq” ilə əməkdaşlıq çərçivəsində Qarabağda aparılan yenidənqurma işləri ilə tanış olub
Bu gün Çinin "DongFang Electronics" şirkətinin nümayəndə heyəti “Azərişıq” ASC-nin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi yenidənqurma və bərpa işləri ilə tanışlıq üçün Füzuli, Hadrut və Şuşa şəhərlərinə səfər ediblər.
“Sizinxeber.az”un ezam olunmuş müxbiri xəbər verir ki, dövlətin dəstəyi ilə qısa müddətdə həyata keçirilən bərpa işləri barədə qonaqlara geniş məlumat təqdim edilib. Səfər zamanı elektrik təsərrüfatının müasir standartlara uyğun qurulması və gələcək əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Bakıda keçirilən COP29 tədbiri çərçivəsində “Azərişıq” ASC ilə “DongFang Electronics” şirkəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə danışıqlar aparılıb. Bu əməkdaşlıq çərçivəsində “Azərişıq” rəhbərliyi 2024-cü il dekabrın 5-də Çinin Yantay şəhərində “DongFang Electronics” şirkətinə səfər edib. Burada şirkətin innovativ texnologiyaları, məhsulları və beynəlxalq layihələri təqdim olunub.
Səfər zamanı qonaqlar şirkətin istehsal müəssisələrində amorf nüvəli üçbucaq tipli transformatorlar, yüksək dəqiqlikli hesabat sayğacları, kameralı sayğac qutuları və müasir rabitə protokolları (RS, GPRS, PLC) ilə təchiz olunmuş smart sayğaclarla tanış olublar. Bu smart sayğaclar qaz, su və elektrik enerjisi istehlakını bir yerdə idarə etmək imkanı verir.
Yanvarın 13-19-da “DongFang Electronics” şirkətinin Baş direktor müavini Şitan Cao, Mərkəzi Asiya filialının direktoru Vei Liu, Baş menecerin məsləhətçisi Dmitri Jarovski və digər nümayəndələr daxil olmaqla 9 nəfərlik nümayəndə heyəti Bakıya səfər edib. Görüşlərdə tərəflər arasında innovativ yeniliklər və təcrübə mübadiləsi müzakirə olunub.
Qeyd edək ki, “DongFang Electronics” şirkəti “Ağıllı Şəbəkə” sistemlərinin yaradılması və idarə olunması sahəsində zəngin təcrübəyə malikdir. Şirkət günəş panelləri, enerji saxlama sistemləri və SCADA vasitəsilə idarəetmə həllərinin istehsalında ixtisaslaşıb. Ukraynada enerji saxlama deposu və Çinin Şandonq əyalətində 22 MVt gücündə günəş panelləri layihələri bu sahədəki uğurlu nümunələrdəndir.
“DongFang Electronics” nümayəndə heyətinin səfəri yanvarın 19-da başa çatacaq.
Foto: Məhəmməd Ağayev
Oxşar xəbərlər
“Azərişıq” sədri Dubay Elektrik və Su İdarəsinin rəhbəri ilə görüşüb
“Azərişıq” və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” Anlaşma Memorandumu imzalayıb
“AzərEnerji” Çin şirkəti ilə “yaşıl enerji”yə keçidi müzakirə edib
Prezident: “Əmək Mərkəzi İƏT-ə üzv ölkələr arasında əməkdaşlığın daha da güclənməsində vacib rol oynayacaq”
II Şuşa Qlobal Media Forumunun xarici qonaqları Laçına səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












