“AzərEnerji” Çin şirkəti ilə “yaşıl enerji”yə keçidi müzakirə edib
“AzərEnerji” ASC Çin şirkəti ilə “yaşıl enerji”yə keçid və enerji effektivliyi mövzusunda müzakirələr aparıb.
“Report” “AzerEnerji”yə istinadən xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi mələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevin Çinin “Dongfang Electric Corporation” şirkətinin rəhbərliyi ilə görüşü olub.
Bildirilib ki, görüşdə “DEC Beynəlxalq Korporasiyası”nın vitse-prezidenti Li Jianhua, şirkətin beynəlxalq əməkdaşlıq üzrə vitse-prezidenti Wang Ai və şirkətin Mingeçevirdə tikilən 1 280 MVt-lıq yeni elektrik stansiyası üzrə layihə meneceri Li Qinin iştirak eiblər.
Görüşdə həmçinin hazırda həyata keçirilən layihələr və əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.
Oxşar xəbərlər
COP29 Azərbaycan Əməliyyat Şirkəti “Yaşıl Enerji Elektrik Stansiyası” MMC ilə memorandum imzalayıb
SOCAR və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib - FOTO
Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb - YENİLƏNİB
Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşüb
Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













