“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası olacaq
sizinxeber.az xəbər saytı

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası olacaq


Sentyabrın 25-də saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçiriləcək.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, iclasda Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmə və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin cari ilin III rübü ərzində icra vəziyyəti barədə məlumat veriləcək, elektroenergetika sektorunda tənzimləyicinin funksiyasını və səlahiyyətlərini əks etdirən “Elektron Məlumat Kitabçası”nın (Handbook) təqdimatı olacaq. Həmçinin elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sahibkarların məlumatlandırılması məqsədilə müzakirələr aparılacaq.

İclasla əlaqədar vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Komissiyanın internet portalının (https://azranking.az) “onlayn müraciət” (https://azranking.az/online-apply) bölməsi vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.

Oxşar xəbərlər

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib
“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun iclası olacaq
Azərbaycanda “Biznesin yerləşdiyi yer" indikatoru üzrə yeni Yol Xəritəsi təqdim edilib
“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib
“Sağlamlaşdırma və müflisləşmə haqqında” yeni qanun layihəsi müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər