Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib


Bu gün energetika naziri Pərviz Şahbazov Mingəçevir şəhərində vətəndaşları qəbul edib.

"Sizinxeber.az" nazirliyə istinadən xəbər verir ki, qəbul zamanı vətəndaşların təbii qaz təchizatı, şəbəkəyə qoşulma, elektrik xətlərinin vəziyyəti, işlə təminat, elektrik avadanlıqlarının istismar vəziyyəti, həmçinin digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Mingəçevirlə yanaşı, Gəncə, Naftalan, Yevlax şəhərləri, Ağdaş, Goranboy, Göygöl və Samux rayonlarından olan 17 vətəndaş iştirak edib.

Oxşar xəbərlər

Şahin Bağırov Masallıda vətəndaşları qəbul edib
Nazir Fərid Əhmədov Qusar şəhərində vətəndaşları qəbul edib
Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək
Məcnun Məmmədov Bərdədə vətəndaşları qəbul edib
Pərviz Şahbazov: “Karbon qazı emissiyalarının azaldılması Azərbaycanın enerji gündəliyində mühüm yer tutur”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle