Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın iclası gələn ay Bakıda keçiriləcək
Azərbaycan və Qazaxıstan iyulda iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasını keçirəcəklər.
Bu barədə “Sizinxeber.az” Qazaxıstan KİV-lərinə istinadən xəbər verir.
"Əminik ki, Hökumətlərarası Komissiyanın iyulda Bakıda keçiriləcək iclası iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı əməkdaşlığımızı daha da dərinləşdirəcək", - Qazaxıstan hökumətinin nümayəndəsi qeyd edib.
O bildirib ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 500 milyon ABŞ dollarını ötüb.
Qazaxıstan hökumətinin nümayəndəsi, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafını vurğulayıb: “2024-cü ildə bu marşrut üzrə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb”.
Qeyd edək ki, Hökumətlərarası Komissiyanın əvvəlki iclası 2024-cü ilin mart ayında Astanada keçirilib.
Oxşar xəbərlər
Bu yaxınlarda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Bu il Bakıda Azərbaycan və Belarus arasında hökumətlərarası komissiyanın iclası keçiriləcək
Bakıda Azərbaycan-İraq Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək
Səfir: Bakı və Riqa 2025-ci ildə Hökumətlərarası Komissiyanın iclasına hazırlaşır
Astanada Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının 20-ci iclası keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













