sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Zeytun" apteklərinə dərmanı baha satdığına görə protokol tərtib edilib
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən apteklər şəbəkəsi olan "Zeytun Pharmaceuticals" MMC haqqında inzibati xəta protokolu tərtib edib.
Bu barədə “Report”a Agentlikdən məlumat verilib.
Bildirilib ki, şirkətin apteklərində dərman vasitəsi Tarif (qiymət) Şurasının təsdiq etdiyi pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılıb. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə əsasən (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) xəta törədilib.
Oxşar xəbərlər
Dövlət Agentliyi "Zeytun Pharmaceuticals" barəsində inzibati xəta protokolu tərtib edib
“Viva Desserts” qiymət pozuntusuna görə inzibati məsuliyyətə cəlb olunub
“Araz Supermarket” məhsulu üzərində göstərilən qiymətdən baha satdığına görə cərimələnib
“Bazarstore”un qida məhsulunu üzərindəki qiymətdən baha satdığı aşkarlanıb
Dövlət Agentliyi 4 ayda 20 inzibati xətaya dair protokol tərtib edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













