Tahir Gözel Afrika Kontinental Azad Ticarət Zonasının Baş katibi ilə görüşüb
Aprelin 7-9-da iş adamı Tahir Gözelin Afrika Kontinental Azad Ticarət Zonasının (AfCFTA) Baş katibi Vamkele Mene (Wamkele Mene) ilə görüşləri baş tutub.
Tahir Gözel aprelin 7-də AfCFTA-nın Baş katibinin dəvəti əsasında AIM konqresində çıxış etmək üçün Əbu-Dabiyə yollanıb və “Rəqəmsal ictimai infrastruktura strateji investisiyalar: Afrikada regional iqtisadi inteqrasiya və birbaşa xarici investisiyaların inkişafı” adlı panel müzakirəsində iştirak eşib. Panel zamanı T. Gözel, DPI-nin potensialının üzə çıxarılmasında strateji tərəfdaşlığın kritik rolunu vurğulayaraq, Azərbaycanın texnologiya əsaslı həllər vasitəsilə inklüziv inkişafı təşviq etməyə yönəlmiş səyləri haqqında məlumat verib.
V. Mene ilə görüş zamanı T. Gözel “ASAN Xidmət”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və T. Gözelin təsis etdiyi “Proxima Tech Solutions” şirkətinin yeni xidmətlərini Afrika ölkələrinə təqdim etməyə və bu istiqamətdə genişləndirilmiş tərəfdaşlığa hazır olduğunu bildirib. Görüş zamanı “ASAN Xidmət” və “Azərkosmos”un Afrikada həyata keçirmiş olduğu layihələr barədə aparılan müzakirələrdən məmnunluğunu ifadə edən Baş katib Mene, Azərbaycana olan ehtiramını vurğulayaraq yeni tərəfdaşlıqlara açıq olduğunu qeyd edib.
Qeyd edək ki, AIM Konqresi beynəlxalq sərmayənin gələcəyini formalaşdırmaq məqsədilə qlobal liderləri, siyasətçiləri və yenilikçi iş adamlarını bir araya gətirən dünyanın aparıcı investisiya platformalarından biridir.
Oxşar xəbərlər
Tahir Gözəl Azərbaycanın Bolqarıstan və Fransadakı səfirləri ilə görüşüb
Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb
BMT Baş katibi Çin-Afrika sammitində iştirak edəcək
"Azərkosmos" peyk xidmətlərini Botsvanada təqdim edəcək
Ələt azad iqtisadi zonasının ərazisi genişləndirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













