Naxçıvana xaricdən gətirilən tikinti materiallarının standartlara uyğunluğu yoxlanılacaq
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bu il ölkə xaricindən Naxçıvana gətirilən tikinti materiallarının standartlara uyğunluğunu yoxlayacaq.
“Sizinxeber.az”un əldə etdiyi məlumata görə, bununla əlaqədar laboratoriyaların təşkil olunması üçün qeyri-yaşayış sahəsinin ayrılması ilə bağlı Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarına müraciət olunub.
Belə ki, agentlik həmin materialların standartlara uyğun olub-olmamasını yoxlayaraq müvafiq rəy verəcək. Standartlara uyğun olmayan materialların tikintidə istifadə olunmasına icazə verilməyəcək.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Dövlət Gömrük Komitəsinin müraciəti əsasında Naxçıvan Muxtar Respublikası istisna olmaqla ölkə ərazisinə gətirilən tikinti materiallarının müvafiq standartlara uyğunluğunu yoxlayırdı.
Oxşar xəbərlər
Şəmkirdə qanunsuz tikililər sökülüb
Hökməli qəsəbəsində qanunsuz tikili sökülüb
Daşkəsəndə qanunsuz tikili sökülüb
Gəncədə qanunsuz tikinti FHN tərəfindən sökülüb - VİDEO
Gəncədə qanunsuz inşa olunan tikili sökülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













