Direktor əvəzi: "Yeni standartlar ixrac potensialının artmasına töhfə verir"
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) qəbul etdiyi yeni standartlar ixrac potensialının artırılmasına töhfə verir.
Bunu "Sizinxeber.az"a müsahibəsində İnstitutun baş direktor müavini, direktor əvəzi Kəmalə Məmmədzadə bildirib.
"Yeni standartların qəbulu bir sıra meyarlara əsaslanır. Belə ki, müasir dövrdə texnologiyanın sürətli inkişafı ilə əlaqədar yeni məhsul və xidmətlər meydana gəlir. Bu isə öz növbəsində yeni texnologiyaların düzgün və təhlükəsiz istifadəsini təmin etmək üçün yeni standartların yaradılmasını labüd edir. Bundan əlavə, dünya iqtisadiyyatının qloballaşması ilə ölkələr arasında ticarət daha da intensivləşir ki, bu da məhsul və xidmətlərin müxtəlif bazarlarda qəbul edilməsini və bir-biri ilə uyğunluğunu təmin etmək məqsədilə beynəlxalq standartların qəbulunu şərtləndirir. İnsanların sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi, eləcə də ətraf mühitin qorunması kimi vacib məsələlər də yeni standartların qəbul edilməsini tələb edir", - deyə o qeyd edib.
Direktor əvəzinin sözlərinə görə, beynəlxalq standartlar əsasında milli standartların qəbulu, insan sağlamlığı, dövlətin maraqları və ətraf mühitin mühafizəsi üçün malların təhlükəsizliyinin, keyfiyyətinin təmini onların rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılmasına töhfə verir.
"Ümumilikdə, standartlaşdırma fəaliyyəti üzrə prioritet istiqamətlər “2024-2026-cı illər üzrə Milli Standartlaşdırma Çərçivəsi”ndə əks olunub. Sözügedən Çərçivəyə daxil edilən bir sıra sahələr: neft-qaz, nəqliyyat, aqrar və yeyinti məhsulları, informasiya texnologiyaları və digər sahələr üzrə standartlar hazırlanaraq qəbul edilir", - deyə o əlavə edib.
K.Məmmədzadə ilə tam müsahibəni buradan oxuya bilərsiniz.
Oxşar xəbərlər
Kəmalə Məmmədzadə: "Yeni "Milli Standartlaşdırma Proqramı” formalaşdırılır"
AZSTAND beynəlxalq standartlara uyğunlaşma ilə bağlı fəaliyyətini açıqlayıb
Azərbaycanda qəbul edilən yeni dövlət standartlarının sayı 2 dəfə artıb
Azərbaycanda coğrafi məlumatlara dair yeni dövlət standartları qəbul edilib
Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












