Dünya Bankı: Azərbaycan qeyri-neft-qaz sektorunu dünya bazarına inteqrasiya etməlidir
Azərbaycan qeyri-neft-qaz sektorunu dünya iqtisadiyyatına daha fəal şəkildə inteqrasiya etməlidir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə baş iqtisadçısı İvaylo İzvorski qurumun 2024-cü il üzrə “Dünyanın İnkişafı haqqında Hesabatı”nın təqdimatında bildirib.
Onun sözlərinə görə, Azərbaycan artıq enerji sektoru sayəsində dünya bazarında möhkəm mövqe tutub:
“Ölkə tanınmış qlobal oyunçudur, Avropa İttifaqına təbii qaz ixracını artırır, qabaqcıl qazma texnologiyalarına, inkişaf etmiş infrastrukturuna və güclü emal müəssisələrinə malikdir. Bəs digər sektorları bu səviyyəyə necə çatdırmaq olar? Onların qlobal bazara inteqrasiyasını necə təmin etmək mümkündür? Bu sahələrdə neft-qaz sektoru ilə müqayisə edilə bilən uğura necə nail olunmalıdır? Əminəm ki, bunun açarı dünya iqtisadiyyatında daha fəal iştiraka bağlıdır. Əgər qonşu ölkələrlə inteqrasiya məhduddursa, qlobal bazara çıxış və beynəlxalq əməkdaşlığın genişləndirilməsi vacibdir”.
Oxşar xəbərlər
WB: Avropa və Mərkəzi Asiyada kapitalla yanaşı texnoloji inkişaf lazımdır
Dünya Bankı Qəzzaya dəyən ziyanın həcmini açıqlanıb
Yurgen Voegele: "Dünya Bankı fəaliyyətinin 45 %-ni iqlimlə bağlı məsələlərə yönəldir"
Dünya Bankı: "Azərbaycanın NDC məqsədlərinə nail olmaq potensialı var"
“Qazprom”: ABŞ öz addımları ilə qlobal qaz bazarında qeyri-müəyyənliyi artırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
“Zərbə endirəcəyik, qarşısını ala bilməyəcəklər” - Tramp
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
