Azərbaycan ilə Küveyt arasında bir neçə sahədə əməkdaşlığa dair müqavilələr imzalanacaq
Azərbaycan və Küveyt arasında təhsil, ədliyyə, kənd təsərrüfatı, mədəniyyət və idman kimi sahələrdə əməkdaşlığa dair müqavilələrin bağlanılması gözlənilir.
“Sizinxeber.az” “Arab Times”a istinadən xəbər ki, bunu Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov bildirib.
Onun sözlərinə görə, imzalanma Azərbaycan-Küveyt birgə əməkdaşlıq komissiyasının Küveytdə keçiriləcək növbəti iclasında baş tutacaq.
"Azərbaycan ilə Küveyt arasında yüksək səviyyədə olan siyasi əlaqələr, həmçinin energetika daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın gücləndirilməsinə dair imkanlar daha sıx əlaqələrin yaradılması üçün əlverişli şərait yaradır: “Doğrudur, iki ölkə arasındakı investisiya və ticarət sahələrində əlaqələr əməkdaşlıqla bağlı potensialı əks etdirmir. Buna görə də, Azərbaycan ilə Küveyt arasında ticarət dövriyyəsini hər iki dövlətin iş adamlarının qarşılıqlı səfərləri, Küveyt şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq-bərpa işlərində iştirakı ilə artırmaq lazımdır”, - E.Kərimov qeyd edib.
Səfir həmçinin əlavə edib ki, bu ilin yanvar-sentyabr aylarında Küveytdən Azərbaycana 20 min turist səfər edib.
Oxşar xəbərlər
Qətər rəsmisi: "KƏŞ ölkələri və Azərbaycan arasında qarşılıqlı investisiya üçün perspektivlər var"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
