Azərbaycanda siqaret və alkoqollu içkilərin aksiz dərəcələri artırılıb
Bu gündən Azərbaycanda siqaret və alkoqollu içkilərin aksiz dərəcələri artırılıb.
“Report” xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.
Belə ki, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1 000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilib.
Alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1 000 ədədi üçün aksiz dərəcə 16 manat olub.
İndiyənədək isə aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1 000 ədədi üçün 14 manat idi.
Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi 0,25 manatdan 2 manata qaldırılıb.
Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 %-dən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 %-dən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4 manatdan 4,8 manata çatdırılıb.
Oxşar xəbərlər
Bu gündən siqaret və alkoqollu içkilər bahalaşır
Siqaret və alkoqollu içkilərin qiyməti nə qədər bahalaşacaq?
Bəzi spirtli içki növləri üzrə aksiz vergisi 20 % artırılır
Saxta aksiz markalarının dövriyyəsi ilə məşğul olan şəxslər barədə cinayət işi açılıb
Azərbaycana idxal edilən meyvə və tərəvəz əsaslı energetik içkilər daha 2 il gömrük rüsumundan azad edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













