Saxta aksiz markalarının dövriyyəsi ilə məşğul olan şəxslər barədə cinayət işi açılıb
Saxta aksiz markalarının dövriyyəsi ilə məşğul olan şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birgə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə məlumatında deyilir.
Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Cəfər Cəfərovun qabaqcadan əlbir olduğu Səxavət Məmmədovla Azərbaycan Respublikasında istehsalı nəzərdə tutulmuş alkoqollu içkilərin 26 min ədəd saxta aksiz markalarını digər şəxslərə satmaqla qanunsuz olaraq saxta aksiz markalarının dövriyyəsini həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Cəfər Cəfərov və Səxavət Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci (Saxta aksiz markalarının dövriyyəsi) maddəsi ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
ETX: Dövlət Vergi Xidmətinin saxta portalı yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Siqaret və alkoqollu içkilərin qiyməti nə qədər bahalaşacaq? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəzi spirtli içki növləri üzrə aksiz vergisi 20 % artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şöbə müdiri: “Rüşvət almırdım, 100-200 manat hörmət edirdilər...” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidə ələ keçirilən Araik Bakıya belə gətirildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












