Bu gündən siqaret və alkoqollu içkilər bahalaşır
sizinxeber.az xəbər saytı

Bu gündən siqaret və alkoqollu içkilər bahalaşır


Bu gündən Vergi Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minir.

Dəyişikliyə əsasən, aksiz dərəcələri artırılır.

Qanuna əsasən, yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir.

Hazırda aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14,0 manatdırsa, qanuna görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.

Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.

Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti, tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata qaldırılır. Şampan şərabı üçün aksiz dərəcəsi isə azaldılaraq 2,6 manatdan 0,2 manata endirilir.

Oxşar xəbərlər

Siqaret və alkoqollu içkilərin qiyməti nə qədər bahalaşacaq? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəzi spirtli içki növləri üzrə aksiz vergisi 20 % artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana idxal edilən meyvə və tərəvəz əsaslı energetik içkilər daha 2 il gömrük rüsumundan azad edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saxta aksiz markalarının dövriyyəsi ilə məşğul olan şəxslər barədə cinayət işi açılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şri-Lankada Milad bayramı münasibətilə 1000-dən çox məhbus əfv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər