Nazir müavini: "Slovakiya ilə ticarət dövriyyəsini artırmaq potensialı var"
sizinxeber.az xəbər saytı

Nazir müavini: "Slovakiya ilə ticarət dövriyyəsini artırmaq potensialı var"


Azərbaycanla Slovakiya arasında ticarət dövriyyəsinin artırılması üçün potensial var.

"Sizinxeber.az" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumda bildirib.

"Bu ilin 8 ayında ölkələr arasında ticarət dövriyyəsinin dəyəri 31 milyon ABŞ dolları təşkil edib ki, bunun da əsas hissəsini Slovakiyadan idxalımız təşkil edib. Amma biz Slovakiya ilə gücləndirilmiş enerji əməkdaşlığı vasitəsilə bu ölkəyə ixracımızı artırmaq üçün əhəmiyyətli potensial görürük", - deyə o qeyd edib.

Nazir müavini Azərbaycanın investisiya mühiti ilə bağlı da danışıb: "Azərbaycan müxtəlif vergi güzəştləri və hökumətin təşəbbüsləri ilə dəstəklənən yüksək əlverişli investisiya mühitinə malikdir. Bunlara güzəştli kreditlər, genişləndirilmiş dövlət-özəl tərəfdaşlığı, şəffaflığın təşviqinə və biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş əsaslı vergi sistemində islahatlar daxildir. Bununla yanaşı, Azərbaycanın sənaye zonaları 10 il müddətinə müxtəlif vergilərdən azadolmalar təklif edərək, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq üçün müstəsna imkan yaradır".

"Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərində həlledici mərkəz kimi yerləşir. Əslində, biz Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə təşəbbüs göstərməklə Orta Dəhlizin əsasını qoyduq", - deyə A.Axundov əlavə edib.

Oxşar xəbərlər

Azərbaycanla Slovakiya gələn ildən ikiqat vergitutmanı aradan qaldıra bilər
Slovakiya rəsmisi: "Azərbaycanla biznes əlaqələrini genişləndirməkdə maraqlıyıq"
Anar Axundov: "Slovakiya şirkətləri "Ağıllı kənd" layihəsində iştirak edir"
Azərbaycan və Serbiyanın qarşılıqlı investisiya qoyuluşu açıqlanıb
Azərbaycan və Latviya arasında investisiyaların həcmi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle