Azərbaycan və Braziliya arasında investisiya əməkdaşlığı müzakirə olunub
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Braziliyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi ("ApexBrasil") arasında investisiya əməkdaşlığı müzakirə olunub.
"Report" bu barədə AZPROMO-ya istinadən xəbər verir.
Məlumata görə, Almaniyanın Hannover şəhərində keçirilən "Hannover Messe 2026" beynəlxalq sənaye sərgisi çərçivəsində AZPROMO ilə "ApexBrasil" arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında çoxtərəfli əməkdaşlığa dair Yol Xəritəsi çərçivəsində görülən işlər müzakirə olunub. Xüsusilə Azərbaycan iş adamlarının "Buyers Project" proqramında iştirakı imkanları, investisiya əməkdaşlığının genişləndirilməsi, Braziliya Milli İqtisadi və Sosial İnkişaf Bankı (BNDES) ilə əlaqələrin inkişaf etdirilməsi, eləcə də braziliyalı investorların Azərbaycanda fəaliyyət göstərən iqtisadi zonalara cəlb olunması məsələləri, həmçinin qarşılıqlı investisiya layihələrinin təşviqi istiqamətində fikir mübadiləsi aparılıb.
"Hannover Messe 2026" sərgisi dünyanın aparıcı sənaye və texnologiya sərgilərindən biri kimi innovativ həllərin təqdimatı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni biznes tərəfdaşlıqlarının qurulması baxımından mühüm platforma hesab olunur. Sərgidə Azərbaycanı Ələt azad iqtisadi zonası stendlə təmsil edib.
"Buyers Project" xarici alıcıları Braziliyaya dəvət edərək yerli şirkətlərlə B2B görüşlər təşkil etməklə ixracın və beynəlxalq biznes əlaqələrinin inkişafını təşviq edən mexanizmdir.
Oxşar xəbərlər
Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib
Azərbaycan və Çin investisiya tərəfdaşlığının inkişafını müzakirə ediblər
AZPROMO və Britaniya şirkətinin iqtisadi inkişaf planına dair təşəbbüslər müzakirə olunub
AZPROMO LCCI ilə Anlaşma Memorandumu imzalayıb
Çin şirkəti Azərbaycanda noutbuk istehsalını lokallaşdıra bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
