Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb
sizinxeber.az xəbər saytı

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycan 319 milyon 360,72 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 34 milyon 416,4 min ABŞ dolları və yaxud 9,73 % azdır.

İki ay ərzində avtomobil və onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 12,29 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Oxşar xəbərlər

Azərbaycan mebel və onun hissələrinin idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb
Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 16 % azaldıb
Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 4 %-dən çox azaldıb
Azərbaycan tütün idxalına çəkdiyi xərci 4 %-dən çox artırıb
Azərbaycan qarğıdalı idxalına çəkdiyi xərci 16 %-ə yaxın artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər