Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal reytinqdə növbəti uğura imza atıb
Heydər Əliyev Beynəlxalq Aeroportu bir daha regionun aparıcı hava limanı statusunu təsdiqləyərək "Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı" nominasiyasında nüfuzlu "Skytrax World Airport Awards 2026" mükafatına layiq görülüb.
"Report" xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
Mükafat Böyük Britaniyanın London şəhərində, "Passenger Terminal Expo World" (PTE World) sərgisi çərçivəsində keçirilən rəsmi mərasim zamanı təqdim olunub.
"World Airport Awards" aviasiya sənayesində ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur və dünya üzrə sərnişinlər arasında keçirilən ən böyük illik müstəqil sorğu əsasında müəyyən edilir. 1999-cu ildən təqdim olunan bu mükafatlar 565-dən çox hava limanında sərnişin təcrübəsini qiymətləndirən genişmiqyaslı sorğulara əsaslanır. Sorğuda müxtəlif ölkələrdən minlərlə sərnişin iştirak edir və nəticələr hava limanlarının hər hansı təsiri olmadan müstəqil şəkildə formalaşdırılır.
Qiymətləndirmə zamanı sərnişin təcrübəsinin bütün əsas mərhələləri – qeydiyyat, təhlükəsizlik və pasport nəzarəti, tranzit zonaları, alış-veriş və xidmət sahələri, eləcə də minik prosesinə qədər bütün xidmət infrastrukturu nəzərə alınır.
Heydər Əliyev Beynəlxalq Aeroportunun ardıcıl olaraq bu mükafata layiq görülməsi hava limanının inkişaf edən xidmət standartlarının, davamlı inkişaf strategiyasının və regional liderlik mövqeyinin növbəti təsdiqidir. Müasir infrastrukturu, sərnişin yönümlü xidmət modeli və innovativ texnoloji həlləri ilə hava limanı regionun önəmli aviasiya qovşaqlarından biri kimi mövqeyini gücləndirməyə davam edir.
Oxşar xəbərlər
Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülüb
Heydər Əliyev Beynəlxalq Aeroportu daha bir “Skytrax” mükafatına layiq görülüb
Heydər Əliyev Beynəlxalq Aeroportu 36 milyondan çox sərnişinə xidmət edib
Bakı Aeroportunun sərnişin buraxılış qabiliyyəti əhəmiyyətli dərəcədə artacaq - EKSKLÜZİV
Heydər Əliyev Beynəlxalq Aeroportu ötən il 7,5 milyondan çox sərnişinə xidmət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Qrossi: BƏƏ-dəki AES-ə hücum kütləvi radiasiya yayılmasına səbəb ola bilər
