Tədrisi digər dillərdə aparılan bölmələrdə 1-ci sinfə qəbul üzrə müsahibəyə qeydiyyat başlayıb
sizinxeber.az xəbər saytı

Tədrisi digər dillərdə aparılan bölmələrdə 1-ci sinfə qəbul üzrə müsahibəyə qeydiyyat başlayıb


Bu gün saat 11:00-dan etibarən tədris digər dillərdə aparılan bölmələr üzrə birinci sinfə qəbul üzrə müsahibəyə qeydiyyat başlayıb.

Sizinxeber.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, müsahibələr 18 may 18:00-a qədər davam edəcək.

Qeyd edək ki, dövlət məktəblərində digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi ərizəçinin razılığı ilə videoçəkiliş aparılmaqla, azı 20 dəqiqə müddətində keçiriləcək.

Müsahibədə şagirdin dinləyib-anlama bacarığı, rabitəli danışma bacarığı, söz ehtiyyatı, hərf və səsləri anlama və tələffüz etmə, danışma bacarığı, yazı bacarığı yoxlanılacaq. Müsahibədən 12 və daha çox bal toplamış uşaq (şagird) müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunacaq.

Müsahibənin nəticəsi onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində ərizəçinin elektron kabinetinə göndəriləcək. Ərizəçiyə kənar müdaxilələr etmədən müsahibə prosesini izləməyə icazə veriləcək. Üzrlü səbəblərdən (rəsmi sənədlə təsdiq edildiyi halda - bədbəxt hadisə, təbii və fövqəladə hallar, xəstəlik, uşağın və (və ya) ərizəçinin müalicəsi, ərizəçinin xidməti ezamiyyədə olması) I sinfə qəbul üzrə müsahibədə iştirak etməyən uşaqlar üçün müsahibələr cari ilin avqust ayında təşkil olunacaq.

Oxşar xəbərlər

Yuxarı sinif şagirdləri ilə bağlı yenilik
Mayın 1-dən uşaqların I sinfə qəbulu başlayır
Bu gündən I sinfə şagird qəbulu başlayır
Bu gündən uşaqların I sinfə qəbulu başlayır
Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər