Bakıda İtaliyanın "Formula-1" yarışlarında iştirak tarixinə həsr olunan tədbir keçirilib
Bakıda İtaliyanın "Formula-1" yarışlarında iştirak tarixinə həsr olunan tədbir keçirilib.
APA xəbər verir ki, İtaliyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə İtaliyanın bu mötəbər yarışda iştirakından, eləcə də zaman-zaman qazandığı qələbələrdən bəhs olunub.
Bildirilib ki, yarışların keçirildiyi "Monza" avtomobil xətti 1922-ci ildə, Milan avtoklubunun yaradılmasının 25-ci ildönümü münasibətilə inşa edilib.
"Visa Cash App RB" "Formula-1 " komandasının rəhbəri Louran Mekis yarışların tarixi barədə məlumat verib.
O, karyerasının böyük bir hissəsinin keçdiyi yarışları həyat tərzi kimi dəyərləndirib:
"Formula-1" yarışlarının prezidenti və icraçı direktoru Stefano Dominikali "Biz Azərbaycanda olmaqdan son dərəcə məmnunuq. Sizin ölkənizdə "Formula-1" həyəcanını çox yaxşı başa düşürlər. Ümumilikdə Bakı şəhəri "Formula-1" tipli yarışıarın keçirilməsi üçün əlverişli bir məkandır. Burada insanlar bizim kim olduğumuzu və keçirdiyimiz yarışların mahiyyətini çox yaxşı anlayırlar, eyni zamanda yarışların özünə də maraq olduqca böyükdür. Hər kəsə məlumdur ki, biz ətraf mühitə ciddi əks təsiri olmayan yanacaq növündən istifadə edirik. Bu da karbon emissiyalarının azaldılması üzrə ümumi qlobal fəaliyyətə vermək istədiyimiz töhfənin aşkar nümunəsidir. Mən bir daha qeyd etmək istəyirəm ki, bi bu məsələdəki məsuliyyətimizi kifayət qədər ciddi şəkildə dərk edirik".
Tədbirdə eyni zamanda uzun illərdir "Formula-1" ənənəsinin bütün dünyada davam etdirilməsindən məmnunluq ifadə olunub.
Oxşar xəbərlər
"Formula 2" üzrə Azərbaycan "Qran-pri"sində qəza olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün “Formula-1” Azərbaycan "Qran-Pri"si başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Formula 1" üzrə Azərbaycan “Qran-pri”: İkinci sərbəst yürüşdə Şarl Lekler birinci olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın ÇL-də rəqibi bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Formula 1” yarışları ilə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasında 2 şöbə ayrılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












