Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
sizinxeber.az xəbər saytı

Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib


Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Dədəkişiyev Cavid Gülbaba oğlunun ailəsinə igid döyüşçünün təltif olunduğu "Vətən uğrunda" medalı təqdim edilib.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, tədbirdə şəhidin ailə üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Şəhidin atası Gülbaba Dədəkişiyev oğlunun xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyinə, həmçinin göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

Qeyd edək ki, şəhid 1988-ci il iyulun 5-də İmişli rayonunun Qaralar kəndində anadan olub. Aprel döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak edən Cavid elə həmin istiqamətdə şəhidlik zirvəsinə ucalıb. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Oxşar xəbərlər

Şəkidə aprel şəhidi Elnur İsgəndərovun anım mərasimi keçirilib
Oğuzda Birinci Qarabağ müharibəsi şəhidinin məzarı doğum günündə təmir edilib
Şəhid əsgər Nail Mahmudovun xatirəsi anılıb
Gəncədə şəhid atası vəfat etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər