TÜRKPA Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyib
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Azərbaycan Milli Məclisinin bu gün qəbul etdiyi Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığın rəsmi şəkildə dayandırılması, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakına son qoyulması və Avronest Parlament Assambleyasına üzvlükdən çıxmaq üçün prosedurların başlanılması haqqında qərarı dəstəkləyib.
"Report" xəbər verir ki, bu mövqe TÜRKPA Baş katibinin Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması haqqında qərarına dair bəyanatında ifadə olunub.
Bəyanatda bildirilib ki, bu qərar Avropa Parlamentinin son illər ərzində Azərbaycana qarşı nümayiş etdirdiyi davamlı, tamamilə qərəzli və əsassız yanaşmasının nəticəsi olaraq qəbul edilib:
"Son altı il ərzində Avropa Parlamenti Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləyib və ölkəni əsassız şəkildə hədəf alan, o cümlədən 2026-cı il 30 aprel tarixli son qətnamə də daxil olmaqla, 10-dan çox siyasi motivli sənəd qəbul edib. Bu cür mövqe suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi fundamental prinsiplərə etinasızlıq nümayiş etdirməklə yanaşı, Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesinə ziddir".
Vurğulanıb ki, Parlament assambleyaları üzv olmayan dövlətlərin parlamentləri də daxil olmaqla, konstruktiv dialoq və xoşməramlı əməkdaşlıq platforması rolunu oynamalıdır:
"Təəssüf ki, Avropa Parlamenti səmimi qarşılıqlı fəaliyyət ruhu nümayiş etdirə bilməyib, əksinə, Azərbaycanı hədəf almağa üstünlük verir. Bununla əlaqədar olaraq, bu cür davranış effektinin parlamentlərarası münasibətlərə töhfə vermədiyini vurğulayır və Avropa Parlamentini bu növ təcrübələrdən çəkinməyə çağırırıq".
Oxşar xəbərlər
Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması haqqında qərarına dair TÜRKPA Baş katibi bəyanat yayıb
Prezident: Onlarla istənilən əməkdaşlığı dayandırmışıq
İcma: Avropa Parlamenti Azərbaycana qarşı bitib-tükənməyən nifrəti nümayiş etdirdi
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
Sahibə Qafarova: Avropa Parlamenti COP29 kimi beynəlxalq tədbirdən Azərbaycana qarşı istifadə edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
